Azərbaycan prezidenti: “Məsələnin sülh yolu ilə həlli üçün imkanlar var"
https://azeri.sahartv.ir/news/azərbaycan-i213823-azərbaycan_prezidenti_məsələnin_sülh_yolu_ilə_həlli_üçün_imkanlar_var
Azərbaycan Respublikası prezidenti deyib: “Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2016 18:10 Asia/Baku
  • İlham Әliyev
    İlham Әliyev

Azərbaycan Respublikası prezidenti deyib: “Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var"

APA-nın məlumatına görə, bu gün yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirib: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin”.