Sionist rejimin parlament heyəti “erməni soyqırım”ını andı
Apr 05, 2016 18:18 Asia/Baku
-
Sionist rejimin parlament heyəti “erməni soyqırım”ını andı
İsrail rejimi Qarabağda gərgin döyüşlər getdiyi bir vaxtda erməniləri dəstəkləyn addım atıb.
İslamazeri.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, İsrail parlamentinin sədr müavini Tali Ploskov rəhbərlik etdiyi israilli deputatların təmsil olduğu nümayəndə heyətilə Yerevandakı qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərək, qarşısında sayğı duruşunda durublar.
İsrail parlamenti - Knessetin digər deputatı David Bitan da, Tali Ploskovla birlikdə bu qondarma soyqırım abidəsini ziyarət edib.
Onlara Ermənistan-İsrail parlamentlər arası dostluq qrupunun rəhbəri Artak Zakaryan müşaiyət edib.
3 apreldə reallaşan bu "qardaşlıq ziyarəti" erməni mediasında geniş işqlandırılıb.
Teqlər