Ağdam və Tərtərin orta məktəblərində dərslər tam bərpa edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i213898-ağdam_və_tərtərin_orta_məktəblərində_dərslər_tam_bərpa_edilib
Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2016 07:26 Asia/Baku
  • Ağdam və Tərtərin orta məktəblərində dərslər tam bərpa edilib
    Ağdam və Tərtərin orta məktəblərində dərslər tam bərpa edilib

Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlamasında bildirib ki, artıq bu gündən etibarən rayonun bütün kəndlərində orta məktəblərdə dərslərə başlanılıb: "Təmas xəttindəki kəndlərdə qadın və azyaşlı uşaqlar öz evlərinə qaytarılıb, şagirdlər normal qaydada dərslərinə davam edirlər".

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Trend-ə deyib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı təmas xəttində yerləşən cəmi 3 kənddə orta məktəblər fəaliyyətini dayandırmışdı: "Aprelin 6-dan etibarən həmin məktəblərdə də tədris bərpa edilib".