X.Xələfov: Ermənistan hərbi birləşmələri Azərbaycan torpağını tərk etməlidirlər
-
X.Xələfov: Ermənistan hərbi birləşmələri Azərbaycan torpağını tərk etməlidirlər
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini deyib: Ermənistan hərbi birləşmələri Azərbaycan Respublikasının ərazilərini tərk etməlidir.
Bakıda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi üzrə xüsusi işçi qrupunun 44-cü iclasında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Ermənistan cəbhə xəttindəki son qarşıdurmalardan nigaranlıq edərək deyib: Azərbaycan Respublikası beynəlxalq dairələrdən Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə məcbur etmək üçün Ermənistana təzyiq göstərməsini istəyir.
azvision.az saytının məlumatına görə, Xələfov əlavə edib: Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməlidirlər və münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Xələfovun sözlərinə görə, cəbhə xəttindəki qarşıdırmalarda bütün məsuliyyət Ermənistanın üzərinə düşür.