Azərbaycan Müdafiə Nazirliyi: İşğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirilir
-
Azərbaycan Müdafiə Nazirliyi: İşğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirilir
Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi surətdə riayət edilir.
Ordu bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.
Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.