Azərbaycan prezidentinin Minsk Qrupu həmsədrləri ilə Qarabağ müzakirəsi
Apr 06, 2016 09:54 Asia/Baku
-
Azərbaycan prezidentinin Minsk Qrupu həmsədrləri ilə Qarabağ müzakirəsi
Azərbaycan Respublikasınınprezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryön və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.
Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar.
Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.
Teqlər