Zərif İranın qonşularla həmkarlığının genişlənməsini vurğulayıb
-
Zərif İranın qonşularla həmkarlığının genişlənməsini vurğulayıb
İranın xarici işlər naziri İranla qonşuları arasında həmkarlıqların genişlənməsini vurğulayıb.
ISNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü axşam Bakıda, Azərbaycan Respublikasında yaşayan bir qrup iranlı qarşısında deyib: Yeni günəş ili, İranın qonşuları və ətraf ölkələrlə həmkarlığı ilidir və bu ölkələr arasında Mərkəzi Asiya və Qafqaz ölkələri ilə həmkarlıüq İranın iş gündəmində durur.
Zərif əlavə edib: İki dost və eyni məzhəbli ölkə- İran və Azərbaycan Respublikası geniş və tarixi əlaqələrə malikdir və Azərbaycan Respublikası sevilməli xalqa malik əziz bir ölkədir.
O, İranın Ramsər şəhərində İran, Azərbaycan Respublikası və Türkiyənin üçtərəfli iclasına toxunaraq, belə qeyd edib: Çərşənbə axşamı günü İran, Azərbaycan Respublikası və Türkiyənin dördüncü birgə iclası keçirildi və cümə axşamı günü də İran, Azərbaycan Respublikası və Rusiya arasında birinci əməkdaşlıq iclası keçiriləcək və gələcəkdə də region ölkələri arasında üç və çoxtərəfli əməkdaşlıqların şahidi olacağıq.