Azərbaycan R. vətəndaşları ölkələrinin ordusunun uğurlarına sevinirlər
-
Azərbaycan R. vətəndaşları ölkələrinin ordusunun uğurlarına sevinirlər
Azərbaycan Respublikası vətəndaşlarından minlərlə nəfər bu ölkənin müxtəlif şəhərlərinin ümumi məkanlarında geniş iştirak edərək, bu ölkə ordusunun Dağlıq Qarabağın ön cəbhəsindəki uğurlarına görə, şənlik edib.
Gəncə, Lənkəran, Sumqayıt və Bakı daxil olmaqla Azərbaycan Respublikasının müxtəlif şəhərlərindəki bu əzəmətli toplanışlarda gənclərin geniş iştirakı haqda məlumatlar daxil olub.
Azərbaycan Respublikası ordusunun Dağlıq Qarabağda Ermənistan ilə son döyüşlərində şəhid olanların dəfn mərasimi bu ölkə xalqının geniş iştirakı ilə özünəməxsus əzəmətlə keçirilib.
Dəfn mərasimləri "Şəhidlər ölməz-Vətən bölünməz!" şüarı, salavat və "Ya Hüseyn!" fəryadı ilə yanaşı olub.
Bakıda da minlərlə nəfər şəhidlər xiyabanında Azərbaycan Respublikası ordusunun son qələbələrini şənlik və şəhidlərin dərəcəsinə hörmət ifadə edib.
Bakı Dövlət Universitetinin bir qrup tələbə və müəllimi də əzəmətli mərasim keçirib. Onlar Azərbaycan Respublikası ordusunu dəstəkləyərək, ölkələrinin işğal olunmuş ərazilərinin azad edilməsi üçün səylərin göstərilməsini vurğulayıblar.
Dünən axşam və gecə də bu ölkənin müxtəlif şəhərlərində, o cümlədən Bakı şəhərinin müxtəlif məntəqələrində əksərən gənclərdən ibarət olan avtomobil karvanları ölkələrinin bayraqlarını daşıyaraq, şadlıq ediblər. Bu mərasim saatlarla davam edib.
Qeyd edək ki, bu ölkə ordusunun müharibə məntəqələrindəki uğurları Facebook kimi sosial mühitlərdə azərilərin böyük rəğbətilə üzləşib.
Hakimiyyətin müxtəlif qrupları da ölkələrinin ordusunun erməni qüvvələrin hücumlarının dəf olunması üzrə addımlarını dəstəkləyiblər.
Bu ölkənin bir qrup din xadimi də müraciətlərdə ölkələrinin işğal olunmuş ərazilərinin azad edilməsi üçün döyüşlərin davam etdirilməsini vurğulayıblar.