İranın xarici işlər nazirinin Azərbaycan R. prezidenti ilə görüşü
https://azeri.sahartv.ir/news/azərbaycan-i214063-İranın_xarici_işlər_nazirinin_azərbaycan_r._prezidenti_ilə_görüşü
İranın xarici işlər naziri ümidvarlıq edib ki, İran, Azərbaycan Respublikası və Rusiya xarici işlər nazirlərinin üçtərəfli iclası müxtəlif sahələrdə üş ölkə həmkarlıqlarının genişlənməsinə səbəb olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2016 09:23 Asia/Baku
  • İranın xarici işlər nazirinin Azərbaycan R. prezidenti ilə görüşü
    İranın xarici işlər nazirinin Azərbaycan R. prezidenti ilə görüşü

İranın xarici işlər naziri ümidvarlıq edib ki, İran, Azərbaycan Respublikası və Rusiya xarici işlər nazirlərinin üçtərəfli iclası müxtəlif sahələrdə üş ölkə həmkarlıqlarının genişlənməsinə səbəb olacaq.

ISNA-nın məlumatına görə, İran, Azərbaycan Respublikası və Rusiya xarici işlər nazirlərinin ilk müştərək iclasında iştirak məqsədilə Bakıya səfər etmiş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə onunla ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Zərif iki ölkənin əməkdaşlıq sahələrinə işarə edərək, əlavə edib: Terhan-Bakı əməkdaşlıqları iki ölkənin müxtəlif sahələrdə, xüsusən əmtəə mal tranziti və terrorizmlə mübarizə sahələrindəki əlaqələrinin artmasına səbəb olacaq.

Azərbaycan Respublikası prezidenti də Bakıda İran, Azərbaycan Respublikası və Rusiya xarici işlər nazirlərinin ilk müştərək iclasının keçirilməsinə toxunaraq, deyib ki, bu iclas üç ölkə əlaqələrində yeni bir fəsil açacaq.