Ali Məhkəmə Nicat Əliyevin şikayətini təmin etmədi
https://azeri.sahartv.ir/news/azərbaycan-i214090-ali_məhkəmə_nicat_Əliyevin_şikayətini_təmin_etmədi
2012-ci ildə üzdəniraqların paradına tənqidi yazılar dərc edən jurnalist Nicat Əliyevin şikayəti təmin edilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2016 12:40 Asia/Baku
  • 
Ali Məhkəmə Nicat Əliyevin şikayətini təmin etmədi
    Ali Məhkəmə Nicat Əliyevin şikayətini təmin etmədi

2012-ci ildə üzdəniraqların paradına tənqidi yazılar dərc edən jurnalist Nicat Əliyevin şikayəti təmin edilməyib.

Faktxeber.com-un məlumatına görə, Azərbaycan Respublikası Ali Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bu ölkədə etiraz çağırışları etməkdə təqsirləndirilən azadxeber.net saytının baş redaktoru Nicat Əliyevin kassasiya şikayətinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib, lakin məhkəmə şikayəti təmin etməyib.