Atəşkəs barədə yenidən razılıq əldə edildi
-
Atəşkəs barədə yenidən razılıq əldə edildi
Azərbaycan Müdafiə Nazirliyi Bakı vaxtı ilə cümə günü saat 15:00-da Ermənistan ilə bir daha atəşkəs barədə anlaşmanın əldə edilməsindən xəbər verib.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, atəşkəslə bağlı əldə edilən bu anlaşmaya əsasən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti altında bu gün saat 15-dən 20-yə kimi toqquşma məntəqəsində qalmış cəsədlərin götürülməsi razılaşdırılıb.
Nyus informasiya portalının verdiyi məlumata görə, qondarma Qarabağ rejiminin müdafiə nazirliyi ölmüş erməni əsgərlərin adlarını açıqlayaraq, 36 nəfərin öldüyünü, 122 nəfərin yaralandığını, 21 nəfərin isə itkin düşdüyünü bildirib.
Xəzər Hərbi Araşdırmalar Mərkəzi də bir hesabat yayaraq, Azərbaycan ordusunun şəhid olmuş 29 əsgərinin adını açıqlayıb.