Azərbaycan Qarabağ münaqişəsinin dinc yolla həllinə maraqlıdır
-
Azərbaycan Qarabağ münaqişəsinin dinc yolla həllinə maraqlıdır
Azərbaycan Respublikası prezidenti deyib: Azərbaycan Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə maraqlıdır və bu istiqamətdə müzakirələr davam edəcək.
İRNA-nın məlumatına görə, Rusiya baş naziri Dmitri Medvedyevlə Bakıda birgə mətbuat konfransında çıxış edən İlham Əliyev deyib: Bu münqişədə hazırkı vəziyyət dəyişəcək və Azərbaycan əraziləri azad olunacaq.
"Azərbaycan atəşkəsə riayət etmiş və Ermənistan tərəfindən də oxşar mövqeyin sərgilənməsinə ümid bəsləyir" -deyə Azərbaycan prezidentinin sözlərinə görə, Bakının gərginliyi artırmasına dair İrəvanın iddiaları əsassızdır.
Azərbaycan prezidenti xatırladıb: Dağlıq Qarabağ və ətrafındakı 7 rayon uzun illərdir ki, Ermənistan qüvvələrinin işğalı altındadır və bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz ev-eşiyindən didərgin düşmüşdür.
BMT Təhlükəsizlik Şurasının bu münaqişə barəsindəki 4 qətnaməsinə toxunan İlham Əliyev əlavə edib: Təəssüflər olsun ki, bu qətnamələr indiyə qədər icra olunmamışdır.
Rusiya baş naziri Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməli olduğunu bildirərək deyib: Rusiya da Azərbaycan və Ermənistan kimi bu münaqişənin həll edilməsinə maraqlıdır.
Rusiya baş naziri cümə axşamı günü Ermənistana və cümə günü isə Azərbaycana səfər edib.