Azərbaycan tərəfi daha bir erməni hərbçinin meyitini aşkarlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i214909-azərbaycan_tərəfi_daha_bir_erməni_hərbçinin_meyitini_aşkarlayıb
Aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2016 08:02 Asia/Baku
  • Azərbaycan tərəfi daha bir erməni hərbçinin meyitini aşkarlayıb
    Azərbaycan tərəfi daha bir erməni hərbçinin meyitini aşkarlayıb

Aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasından məlumat verilib.

Məlumata görə, bu barədə aidiyyətli beynəlxalq təşkilatlar məlumatlandırılıb və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.