Azərbaycan Ermənistan xarici işlər nazirinin açıqlamasını tənqid etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i215488-azərbaycan_ermənistan_xarici_işlər_nazirinin_açıqlamasını_tənqid_etdi
Azərbaycan Respublikası Ermənistan xarici işlər nazirinin müharibə cinayətlərinin ifşası barəsindəki açıqlamasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2016 06:02 Asia/Baku
  • Azərbaycan Ermənistan xarici işlər nazirinin açıqlamasını tənqid etdi
    Azərbaycan Ermənistan xarici işlər nazirinin açıqlamasını tənqid etdi

Azərbaycan Respublikası Ermənistan xarici işlər nazirinin müharibə cinayətlərinin ifşası barəsindəki açıqlamasını tənqid edib.

CBC telekanalının məlumatına görə, Azərbaycan Respublikası parlamentinin deputatı Rasim Musabəyov müharibə cinayətlərinin ifşası barəsində Ermənistan xarici işlər nazirinin açıqlamasını yeni təxribat adlandırıb.

O deyib: İrəvan bu düşmənçilik hərəkətləri ilə gərginliyi qızışdırır. Lakin Ermənistan öz istəyinə çata bilməz.

Həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib: Ermənistan hərbi qüvvələri Cenevrə konvensiyası və beynəlxalq hüquq normalarını pozaraq cəbhə xətti yaxınlığındakı ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarını hədəfə alırlar.

Hacıyev əlavə edib: Ön cəbhədə son qarşıdurmalar zamanı Ermənistanın bütün cinayətləri ilə əlaqədar hesabatlar hazırlanır və beynəlxalq qurumlara təqdim olunur.

Onun dediyinə görə, erməni hərbi birləşmələri 2 aprel toqquşmaları zamanı ilk öncə cəbhə xətti yaxınlığında sivil azərbaycanlıları atəşə tutdular və Azərbaycan Respublikası beynəlxalq dairələrdən Ermənistanın sivil vətəndaşlara qarşı cinayətlərinə lazimi reaksiya vermələrini istəyib.

Ermənistan xarici işlər naziri deyib ki, İrəvan Azərbaycan Respublikasını müharibə cinayətləri törətməkdə ittiham edən sənədləri BMT-nin İnsan Haqları Ali Komissarına təqdim edib.