İran və Azərbaycan kənd təsərrüfatı üzrə əməkdaşlıqları genişləndirirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i216025-İran_və_azərbaycan_kənd_təsərrüfatı_üzrə_əməkdaşlıqları_genişləndirirlər
İran İslam Respublikası və Azərbaycan kənd təsərrüfatı üzrə əməkdaşlıqlarını genişləndirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2016 07:15 Asia/Baku
  • İran və Azərbaycan kənd təsərrüfatı üzrə əməkdaşlıqları genişləndirirlər
    İran və Azərbaycan kənd təsərrüfatı üzrə əməkdaşlıqları genişləndirirlər

İran İslam Respublikası və Azərbaycan kənd təsərrüfatı üzrə əməkdaşlıqlarını genişləndirirlər.

İRİB-nin verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Bakıda, Azərbaycan rəsmiləri ilə görüşlərinin davamında kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşüb.

M.Vaizi bu görüşdə deyib: İran kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində inkişaf etmiş bir ölkə olaraq yeni texnologiyalar əsasında kənd təsərrüfatı məhsullarının istehsalı yolu ilə yerli və xarici bazarları təmin etməyə qadirdir.

İranın rabitə və informasiya texnologiyaları naziri həmçinin deyib: İran kənd təsərrüfatı sahəsindəki təcrübələrini Azərbaycan və digər qonşu ölkələrin ixtiyarına verməyə hazırdır.