"Hazırkı şərait Qarabağ münaqişəsini həll etmək üçün əlverişlidir" - Qabil Hüseynli
-
"Hazırkı şərait Qarabağ münaqişəsini həll etmək üçün əlverişlidir" - Qabil Hüseynli
Politoloq Qabil Hüseynli hazırkı şəraitin Qarabağ münaqişəsinin həlli üçün əlverişli olduğunu dedi.
Q.Hüseynli Səhər kanalının Bakıdakı müxbirinə verdiyi müsahibədə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana olan son səfərinə işarə edib və deyib: Bu dəfə rusların münaqişənin həllində ciddi olduqları nəzərə gəlir.
Politoloq əlavə edib: Rus rəsmilərin iddialarına görə, bu məsələ hazırda birbaşa olaraq Rusiya prezidenti Vladimir Putinin nəzarəti altındadır və bu xüsusda Lavrov tərəfindən irəli sürülən layihədə bir sıra təkliflər də irəli sürülüb. Əlbəttə, Azərbaycan danışıqlarda sırf öz maraqlarını izləyir.
Qabil Hüseynli həmçinin deyib: Əgər hazırkı şəraitdə kənar amillərin təsiri olmazsa, münaqişənin həlli üçün münasib müzakirə atmosferinin yarandığını düşünmək olar.