İran prezidentinin müavini QMİ sədri ilə görüşdü
-
İran prezidentinin müavini QMİ sədri ilə görüşdü
İran prezidentinin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Bakıda görüşərək danışıqlar aparıb.
Bu görüşdə qardaşlıq və yüksələn xətt üzrə olan iki ölkə əlqələrinə münasibət bildirən Məsud Sultanifər deyib: İki müsəlman və şiə xalqın əlaqələri qardaşlıq, din və sevgi üzərindədir və bu xüsusiyyətlər səyahət, sağlamlıq, xüsusilə də ziyarət sahələrində turizmin möhkəmlənməsi ilə nəticələnə bilər.
Sultanifər əlavə edib: Bu gün bizim əsas vəzifəmiz budur ki, öz təhsil, elm və mədəniyyət əməkdaşlıqlarımızın çevrəsini cəmiyyətə radikallıq və ondan doğan mənfi cəhətləri tanıtdırmaq üçün gücləndirək.
Allahşükür Paşazadə də bu görüşdə İran və Azərbaycanın həmişə bir-birinin yanında durduğunu və bir-birinə arxa olduğunu və Allahın köməyi ilə gələcəkdə də belə olacağını bildirərək deyib: Şübhəsiz iki ölkə rəsmiləri və iki xalqın ayıq-sayıqlığı ilə ikitərəfli münasibətlər aydın perspektivə malik olacaq.
QMİ sədri İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentinə səmimi salamlarını bəyan edərək deyib: Azərbaycan Respublikası İran İslam Respublikası ilə dostluq və qardaşlıq ardıncadır.