Atəşkəs yenə pozuldu - Qarabağda
-
Atəşkəs yenə pozuldu - Qarabağda
Ermənistan silahlı bölmələri bir daha atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi bu gün cümə bildirib ki, Ermənistan silahlı bölmələri ötən 24 saat ərzində atəşkəsi 116 dəfə pozub.
Bu məlumata görə, Ermənistan silahlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 60, 82 və 120 milli metrlik iri çaplı silahlardan atəşə tutublar.
Ermənistan silahlı bölmələri davamlı olaraq atəşkəsi pozmaqla, işğal altında saxladığı ərazilərə yaxın məntəqələri atəşə tutur.
cari aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı bölmələrinin atəşkəsi növbəti dəfə pozması təmas xəttində iri miqyaslı toqquşmalara səbəb olmuşdu. Bu toqquşmalarda Azərbaycan Silahlı Qüvvələri işğalçı tərəfə ağır zərbə vurmaqla yanaşı, bir neçə strateji məntəqəni də azad etməyə nail olmuşdur.