Atəşkəs yenə də pozulur - Qarabağda
https://azeri.sahartv.ir/news/azərbaycan-i216763-atəşkəs_yenə_də_pozulur_qarabağda
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2016 12:00 Asia/Baku
  • Atəşkəs yenə də pozulur - Qarabağda
    Atəşkəs yenə də pozulur - Qarabağda

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa, Qazax , Tovuz və Gədəbəy rayonu ərazisindəki mövqelərini atəşə tutub.

Erməni silahlı bölmələri həmçinin, Tərtər, Ağdam , Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyublar.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.

Bu arada Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb.

APA-nın verdiyi məlumata görə, aprelin 30-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.