Prezident Əliyev: “Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq”
May 02, 2016 04:12 Asia/Baku
-
Prezident Əliyev: “Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq”
Mayın 1-də cəbhəyanı rayonlara səfər edən Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: “Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq”.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev qeyd edib: “Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır”.
Azərbaycan Respublikası prezidenti, aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutulduğunu deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq.