Azərbaycanda inanclı kəsimin Müdafiə Komitəsi yaradılır
May 02, 2016 16:43 Asia/Baku
Azərbaycan Ziyalılar Birliyinin sədri Azərbaycanda inanclı kəsimin Müdafiə Komitəsinin yaradılmasını vacibliyini vurğulayıb.
Moderator.az-a açıqlamasında Eldəniz Quliyev Azərbaycanda ən çox repressiyaya məruz qalan inanclı kəsimin hüquqlarını müdafiəsi ilə ciddi və peşəkarcasına məşğul olmağın zərurətindən danışıb və bu yöndə inanclı kəsim nümayəndələrindən, ziyalılardan və mütərəqqi düşüncəli hüquq müdafiəçilərindən ibarət Müdafiə Komitəsinin yaradılmasını vacibliyini vurğulayıb.
E.Quliyev artıq bu işə başladıqlarını qeyd edib: "Heç kəsə sirr deyil ki, həm yerli hüquq müdafiəçiləri, həm də Beynəlxalq Təşkilatlar inanclı kəsimin müdafiəsinə ikili standartlarla yanaşırlar"