Atəşkəs pozuldu - Qarabağda
May 03, 2016 07:24 Asia/Baku
-
Atəşkəs pozuldu - Qarabağda
Atəşkəsin pozulması ilə Dağlıq Qarabağda toqquşmalar hələ də davam edir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Ötən sutka ərzində Ermənistan qüvvələri Azərbaycanın Ağdərə, Tərtər, Xocavənd, Qazax, Goranboy və Füzuli rayonlarındakı hərbi mövqeləri və ön cəbhəyə yaxın yaşayış bölgələrinə doğru 116 dəfə atəş açıblar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, bu ölkə qüvvələri də Ermənistanın hücumlarına cavab olaraq erməni birləşmələrinin mövqelərini 118 dəfə atəşə tutublar.
Qeyd edək ki, aprel ayında 4 günlük ağır toqquşmalardan sonra iki tərəf arasında atəşkəsin elan olunması ardınca, iki tərəf bir-birini atəşkəsi pozmaqda suçlayır.