İran Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırdır
-
İran Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırdır
İranın Azərbaycan Respublikasındakı səfiri deyib: İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsiin həllinə kömək etməyə hazırdır.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Space telekanalına verdiyi eksklüziv müsahibədə Dağlıq Qarabağda ön cəbhə xəttində son qarşıdurmalar qarşısında İrnaın mövqeyinin hansı formada olması barədə deyib: İran İslam Respublikası bölgədə bütün münaqişə və qarşıdurmalara qarşıdır.
Möhsün Pakayin əlavə edib: İran bu münaqişənin region ölkələrinin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir. Tərəflər istədiyi halda, İran Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır. Bölgədə sülh və sabitliyin bərqərar olunması hamının arzusudur.
Pakayin Rəşt-Astara dəmiryolunun çəkilməsi üzrə atılan addımlar barədə də deyib: Bu layihə təkcə iki ölkə deyil, bütün region ölkələri üçün çox faydalıdır. Hətta regionun digər ölkələri də bu layihədə iştirak etmək üzrə təklif ediblər. İran Astarasında işlər sürətlə həyata keçirilir. Bu, dəmiryolunun ilin sonuna qədər istifadəyə veriləcəyini göstərir.
Möhsün Pakayin həmçinin İran prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına baş tuta biləcək səfərindən xəbər verib və deyib: Bu səfərin ilkin hazırlıqları barədə müzakirələr aparılır. Bu səfərdə siyasi, ticarət və iqtisadiyyat məsələləri müzakirə olunacaq və neft və qaz layihələri barədə fikir mübadiləsi aparılacaq.