Zaqatalada həbs olunanların adları bəlli oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i217159-zaqatalada_həbs_olunanların_adları_bəlli_oldu
Azərbaycan Respublikası hüquq mühafizə qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həbs edilən 6 Zaqatala sakininin adları elan olunub
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2016 13:30 Asia/Baku
  • Zaqatalada həbs olunanların adları bəlli oldu
    Zaqatalada həbs olunanların adları bəlli oldu

Azərbaycan Respublikası hüquq mühafizə qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həbs edilən 6 Zaqatala sakininin adları elan olunub

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti Zaqatala rayonunda həbs edilən altı nəfərin adlarını elan edib. Elşad Musayev, Abakar Qaziyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov Zaqatalada dini zəmində dözümsüzlüyə təşviq etmək və əhali arasında ixtilaf yaratmaq ittihamı ilə həbs ediliblər.

Məlumatda bildirilir ki, həbs olunanlar vəhhabi olublar və onların mənzillərini axtarış zamanı silah-sursat, eləcə də qeyri-qanuni dini ədəbiyyat aşkar edilib.