May 05, 2016 11:44 Asia/Baku
  • Gəncədə qumbara partladı
    Gəncədə qumbara partladı

Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

APA-nın verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Teqlər