İran və Azərbaycan teatr sahəsində əməkdaşlığa başlayıblar
-
İran və Azərbaycan teatr sahəsində əməkdaşlığa başlayıblar
İran İslam Respublikasından Bəhram Beyzayinin "İlanlar Şahı" əsəri əsasında Xeyrulla Təqyanipurun rejissorluğu ilə eyniadlı teatr Azərbaycan teatr aktyorlarının iştirakı ilə Bakı şəhərində Azərbaycan dilində səhnəyə çıxıb.
Xeyrulla Təqyanipur Səhər telekanalının Bakıdakı müxbirinə verdiyi müsahibədə Azərbaycan teatr aktyorlarının iştirakı ilə "İlanlar Şahı" teatrının səhnəyə çıxması barəsində deyib: Teatr incəsənədləri idarəsinin baş direktoru Mehdi Şəfii, 34-cü Beynəlxalq Fəcr Teatr Festivalının katibi Səid Əsədi və Teatr İncəsənətləri Baş İdarəsi beynəlxalq şöbəsinin direktoru Mehrdad Rayani Məxsusun iştirakı ilə Azərbaycanda Teatr şirkəti ilə anlaşma imzalandı və qərara alındı ki, İranın ssenarstlər cəmiyyəti Azərbaycan teatr aktyorları ilə müştərək əsəri səhnəyə gətirsinlər. Mən bu müştərək əsərin rejissorluğu üçün seçildim.
O əlavə edib: Bu müştərək əsərin səhnələşdirilməsində Azərbaycanın 12 aktyoru öz məharətlərini göstərdi.
Bu teatra tamaşa edən Azərbaycan Lənkəran Dövlət Teatr Akademiyasının rəhbəri Tofiq Heydər deyib: Bu işlər iki ölkənin mədəni əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində görülür. Biz bu sahədə İranla əməkdaşlıq sənədləri imzalamışıq və onlar icra olunur. Bu əməkdaşlıqların davam etməsini istəyirik.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi də deyib: Əməkdaşlıqlarımızı İranın Mədəniyyət və İslami İrşad Nazirliyi ilə Azərbaycanın əlaqədar qurumu arasında kino və teatr sahəsində həm Azərbaycanla qonşu vilayətlərdə, həm də geniş səviyyədə yüksəltmək niyyətindəyik.
Bu teatr Azərbaycanın teatr sevərlərinin rəğbətini qazanıb.
Bu teatr Türkiyə, Özbəkistan, Qazaxıstan kimi türk ölkələrdə , həmçinin Təbriz, Ərdəbil və Astara şəhərlərində də səhnələşəcək.