May 09, 2016 19:23 Asia/Baku
  • 
Ərəb şeyxləri Azərbaycana niyə investisiya qoymadılar?
    Ərəb şeyxləri Azərbaycana niyə investisiya qoymadılar?

Yeni Müsavat qəzeti yazıb: Neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycanda belə təsəvvür vardı ki, ərəb ölkələrinin investisiyaları neftin qiymətinin enişindən yaranan problemləri aradan qaldıra bilər.

Hətta Azərbaycan prezidenti və yüksək səviyyəli rəsmiləri ərəb ölkələrinə qarşılıqlı səfərləri ilə ərəb şeyxləri tərəfindən ölkəyə investisiyaların cəlb olunmasına çalışdılar. Lakin indiyə qədər ərəb şeyxləri tərəfindən Azərbaycana investisiyaların yatırılması barədə xəbər eşidilməyib.

Natiq Cəfərli bu barədə deyib: qərb ölkələri ərəblərin investisiyalarına nəzarət edirlər. Onlar da Azərbaycan vətəndaşlarının hüquqların pozulması və vətəndaşların siyasi və hüquqi toxunulmazlığının olmamasına görə Avropa məhkəmələrinə minlərlə müraciətinə xatir ərəb investorlarına Azərbaycana investisiya yatırmaq icazəsi vermirlər. Bütün bu müraciətlər Azərbaycanın beynəlxalq imicinə zərbə vurur və qərb müşahidəçiləri investisiyaların yatırılmasında belə məsələləri çox ciddiyə alırlar.

Azərbaycan Milli Məclisinin deputatı Vahid Əliəhmədov da bu barədə deyib: Dollar qarşısında manatın devalvasiyasından sonra Türkiyə və İran tərəfindən investisiya barəsində təkliflər irəli sürüldü. Lakin indiyə qədər ərəb ölkələrindən bu barədə təklif irəli sürülməyib. Onlar bura turist olaraq get-gəl edirlər. Lakin investisiya təklifi etməyiblər. Ərəb ölkələrindən kreditin alınması barədə də təklif irəli sürülməyib.

Teqlər