Bakıda İran istehsalı olan 4 film səhnəyə çıxacaq
İran İslam Respublikası rejissorlarının çəkdiyi 4 film tezliklə Bakı Nizami Kinoteatrında səhnəyə çıxarılacaq.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bu xəbəri bildirərək deyib: Bu filmlər İran İslam Respublikası Kino Həftəsi ilə eyni zamanda 14017 mayda səhnələşəcək.
İbrahimi əlavə edib: Bu mədəniyyət həftəsi çərçivəsində Nərgiz Abyarinin çəkdiyi "143-cü yarıq", Rza Mirkəriminin çəkdiyi "Bir tikə qənd" və "Bu Gün" və Mazyar Mirinin çəkdiyi "Rəssamlıq hovuzu" filmləri ekranlaşacaq.
İran Kino Həftəsi 14 mayda İranın Azərbaycandakı Səfiliyinin mədəniyyət attaşeliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə Bakının Nizami Kinoteatrında başlayacaq. İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkəman bu tədbirdə iştirak edəcək.