İran və Azərbaycan mədəni əlaqələri genişləndirirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i217987-İran_və_azərbaycan_mədəni_əlaqələri_genişləndirirlər
Azərbaycan Respublikasında səfərdə olan İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının(İMƏT) sədri Bakıda Azərbaycan Milli Elmlər Adademiyasının(AMEA) rektoru ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2016 08:37 Asia/Baku
  • İran və Azərbaycan mədəni əlaqələri genişləndirirlər
    İran və Azərbaycan mədəni əlaqələri genişləndirirlər

Azərbaycan Respublikasında səfərdə olan İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının(İMƏT) sədri Bakıda Azərbaycan Milli Elmlər Adademiyasının(AMEA) rektoru ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsini vurğulayıblar, yaxın gələcəkdə iki ölkənin müştərək mədəni simaları barədə konfransların təşkil edilməsi barədə razılığa gəliblər.

İİR İMƏT-in sədri Əbuzər İbrahimi Türkmən AMEA-nın rektoru Akif Əlizadə ilə görüşündən sonra müxbirlərə müsahibəsində deyib: Bu görüşdə müştərək mədəni fəaliyyətlər, İran və Azərbaycandakı mövcud əlyazmaların müəyyənləşdirilməsi eləcə də iki ölkənin müştərək mədəniyyət xadimləri və şairləri barədə konfransların təşkil edilməsi sahəsində müəyyət təşəbbüslərin həyata keçirilməsi razılaşdırıldı.

İranın İMƏT sədri AMEA-dan da bir heyətin yaxın günlərdə İrana səfər edəcəyindən xəbər verərək deyib: Razılığa gəldik ki, yaxın zamanlarda tərəflərin əməkdaşlığı ilə Sədi və Firdövsi barədə konfranslar təşkil edilsin, Azərbaycan türkcəsinə tərcümə edilmiş Sədinin Gülüstan kitabı təkrar çapa verilsin.