Mübariz Qurbanlı İrana gələcək
-
Mübariz Qurbanlı İrana gələcək
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə İrana səfər edəcək.
APA İnformasiya Agentliyinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin media şöbəsinə istinadla verdiyi məlumata görə, bu səfər may ayının 22-də başlanacaq və 26 maya qədər davam edəcək.
Səfər çərçivəsində iki ölkə arasında dini əlaqələr və gələcək əməkdaşlıqların daha da genişləndirilməsi müzakirə olunacaq. Həmçinin Mübariz Qurbanlı İran səfərində İslam İnqilabının Böyük Rəhbərinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctəhid Şəbistəri, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və İranın digər rəsmiləri və Təbriz Universitetinin tələbələri ilə görüşəcək.