Bakıda mövlud şənliyi
May 22, 2016 06:49 Asia/Baku
İmam Zamanın(əc) mövlud günü axşamında Bakıda, Ustad Şəhriyar adına mədəniyyət evində şənlik mərasimi keçirilib.
İRİB-nin verdiyi məlumata görə, İran səfirliyinin təşəbbüskarlığı ilə keçirilən bu mərasimdə Bakıda yaşayan iranlılar ilə yerli sakinlər də iştirak edib. Mərasimdə İmam Zamanın(əc) şənində şerlər oxunub, çıxışlar edilib. Mərasim iştirakçıları daha sonra İmam Zamanın(əc) zühurunun tezləşməsi üçün dua ediblər.
İmam Zamanın(əc) mövlud günü Azərbaycanın digər məntəqələrində də qeyd olunub.