Ermənistan Qarabağda kimyəvi silahlardan istifadəni rədd etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i219181-ermənistan_qarabağda_kimyəvi_silahlardan_istifadəni_rədd_etdi
Ermənistan müdafiə naziri Qarabağ müharibəsində Azərbaycan Respublikasına qarşı kimyəvi silahlardan istifadə etmək barədə bu ölkənin iddiasını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2016 09:46 Asia/Baku
  • Ermənistan Qarabağda kimyəvi silahlardan istifadəni rədd etdi
    Ermənistan Qarabağda kimyəvi silahlardan istifadəni rədd etdi

Ermənistan müdafiə naziri Qarabağ müharibəsində Azərbaycan Respublikasına qarşı kimyəvi silahlardan istifadə etmək barədə bu ölkənin iddiasını rədd edib.

Axar internet portalının məlumatına görə, Armenpress saytı çərşənbə axşamı günü bildirib: Ermənistan müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağ müharibəsində kütləvi qırğın silahlarından istifadənin olunmasına dair Azərbaycan Respublikasnın ittihamlarına reaksiya verib.

Ermənistan müdafiə naziri deyib: Ermənistanın kütləvi qırğın silahlarından istifadə etməsi ağ yalandır.

Ermənistan müdafiə naziri həmçinin bildirib: Azərbaycan ittihamdan öncə öz cinayətlərinə cavabdeh olmalıdır.

Seyran Ohanyan həmçinin Rusiyadan 200 milyon dollar dəyərində silahın təhvil alınması üçün Ermənistanın səy göstərdiyini deyib.

Qeyd edək ki, İlham Əliyev bazar ertəsi günü İstanbulda keçirilən BMT-nin Humanitar Yardımlar sammitində deyib: Ermənistan silahlı qüvvələri son zamanlar atəşkəsi pozduğunda Qarabağda ön cəbhədə Azərbaycan Respublikasına qarşı kimyəvi və qadağan olunmuş silahlardan olan fosfor bombalarından istifadə edib.

İlham Əliyev həmçinin əlavə edib: Ermənistan ordusu 2 apreldən ağ fosfor bombasından istifadə edib və hətta Qarabağda ön cəbhədə yaşayış bölgələrində də bu bombaların əlamətləri müşahidə olunur.