May 26, 2016 10:29 Asia/Baku
  • Xədicə İsmayıl azadlığda
    Xədicə İsmayıl azadlığda

Amerikanın kəşfiyyat dairələrinə bağlı olan AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl azad edildi. Xədicə İsmayıl Azərbaycanda hakim ailə ilə bağlı tənqidi və ifşa edici reportajlar hazırlayıb, həbs olunmuşdu. O ağır ittihamlarla həbs olunsada, indi azadlığa çıxıb və bildirib ki,heç kəs ona peşəsini davam etdirməkdə mane ola bilməz.

Amerikanın AzadlıqRadiosunun Bakıdakı jurnalisiti azadlığa buraxıldı. Güclü təzyiqlərdən sonra ağır ittihamlar silindi və azadlığa buraxıldı.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl ittihamları rədd edib və jurnalist fəaliyyətinə, özəlliklə hökumətin korrupsiyası, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirib.

Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

O azadlığa buraxıldığdan dər hal sonra dedi ki, İşini və araşdırmasını davam etdirəcək : “Hakimiyyət hesab elədi ki, məni həbs eləməklə tənqidlər azalacaq, amma həmkarlarım çox sağ olsun ki, işi yarımçıq qoymadılar, və ofşor zonalarda gizlədilən daha çox şirkət üzə çıxdı”.

Jurnalist fəaliyyətinə qadağa qoyulması ilə bağlı bildirib ki, bunu heç kim ona qadağan edə bilməz.

Jurnalist həbsdən əvvəl və hətta evində quraşdırılan gizli kameradan xəbərsiz idi ki ona belə bir xəbrdarlıq oldu:" Özünü yığışdır." İsmayılova şantaja məruz qalandan sonra belə bir cümlə işlətdi: " Susmayacağam".

Xədicə İsmayıl həbs edildi, şərti cəza aldı və indi azadlığda. Bundan sonra hansı iradənin güxlü olduğunu zaman göstərəcək.

Teqlər