Azərbaycan Ermənistanın iddiasına reaksiya verdi
-
Azərbaycan Ermənistanın iddiasına reaksiya verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağ Respublikası" "başçısı"nın Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanadakı müzakirələrdə iştirak etməsi üzrə anlaşma sənədinin olması barəsində Ermənistanın iddiasına reaksiya verib.
Virtual internet portalının məlumatına görə, Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev İlham Əliyev və Serj Sarkisyanın anlaşma müddəaları barədə Ermənistanın iddialarını ağ yalan adlandırıb.
Hikmət Hacıyev həmçinin deyib: Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 16 mayda Vyanadakı iclasından sonra Ermənistan xarici işlər naziri bütün diplomatik etika prinsiplərinə zidd olaraq bu iclasın mahiyyəti və anlaşmaların müddəalarını təhrif edir.
Azərbaycan Respublikası XİN sözçüsü bildirib: Ermənistan iyun ayında Bakı-İrəvan sülh müzakirələrinin başlanması ərəfəsində təxribatçılıq siyasətini yürüdür və Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması üçün səylərini əsirgəmir.