Qarabağda atəşkəs rejimi pozulmaqdadır
May 27, 2016 12:43 Asia/Baku
-
Qarabağda atəşkəs rejimi pozulmaqdadır
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən sutka ərzində erməni silahlı birləşmələrinin atəşkəsi 46 dəfə pozduğunu bildirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi cümə günü bildirib ki, ötən sutka ərzində Ermənistan hərbçiləri Azərbaycan Respublikasının Xocavənd, Tovuz, Bərdə və Füzuli rayonlarındakı hərbi mövqeləri və cəbhə xəttinə yaxın yaşayış bölgələrinə doğru 46 dəfə atəş açıblar.
4 gün ağır toqquşmadan sonra 6 aprel atəşkəs razılaşmasının ardınca, Azərbaycan və Ermənistan bir-birlərini atəşkəsi pozmaqda suçlayırlar.