NATO Azərbaycan və Ermənistanı sülhün bərqərarına çağırıb
İyun 01, 2016 10:39 Asia/Baku
-
NATO Azərbaycan və Ermənistanı sülhün bərqərarına çağırıb
NATO-nun baş katibi Azərbaycan və Ermənistanı Qarabağda sülhün bərqərarına və atəşkəs razılaşmasına hörmətə çağırıb.
Fakt Xəbər-in məlumatına görə, NATO-nun baş katibi dünən Varşava universitetindəki çıxışında deyib ki, Qarabağ münaqişəsi dinc həll yolları ilə başa çatmalıdır və bu münaqişənin hərbi həll yolu yoxdur.
NATO-nun baş katibi həmçinin Azərbaycan Respublikası ilə Ermənistanı arasındakı münaqişəli məntəqədə ağır silahların mövcud olmasından narazılıq edərək, deyib ki, iki ölkə bu münaqişənin həllində əllərindən gələni etməlidir.