Hacı Tale Bağırovun son istintaq əməliyyatı yekunlaşıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i219898-hacı_tale_bağırovun_son_istintaq_əməliyyatı_yekunlaşıb
Hacı Tale Bağırovun vəkili müvəkkilinin ittihamları barədə son istintaq əməliyyatının həyata keçdiyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2016 14:50 Asia/Baku
  • Hacı Tale Bağırovun son istintaq əməliyyatı yekunlaşıb
    Hacı Tale Bağırovun son istintaq əməliyyatı yekunlaşıb

Hacı Tale Bağırovun vəkili müvəkkilinin ittihamları barədə son istintaq əməliyyatının həyata keçdiyini deyib.

Cavad Cavadov bir hesabat yayaraq bildirib: Bakı təcridxanasında Tale Bağırovun yekun istintaq əməliyyatı elə bir şəraitdə həyata keçirilir ki, ona qarşı ittihamlar onun vəkili üçün aydınlaşdırılmayıb, müttəhimin həbs edilməsi hökmü üç səhifədən ibarət olsada müvəkkilimin ittihamı barədə dəlillərin izahı sadəcə bir cümlədən ibarətdir.

Hacı Tale Bağırovun müvəkkili deyib: Sözü gedən üç səhifəlik hökm ittihamlar və mətnindəki dəlilləri əhatə edəcək şəffaflığa malik deyil və oxucu ondan açıq-aydın nəsə əldə edə bilmir.

Hacı Tale Bağırovun vəkili Bağırovun ailə üzvlərinin onunla görüşünə qoyulan qadağa barədə deyib: Bu gün müvəkkilimin dediklərinə əsasən onunla görüşmək məqsədi ilə həbsxanaya gələn ailə üzvlərinə onunla görüş izni verilməyib, onlar saatlarla gözləyərək naməlum səbəblərə görə görüşə müvəffəq olmayıblar.

Vəkil deyib: Buna əsasən də biz rəsmən apeliyasiya ərizəsi hazırlamışıq və həmsxanaya təqdim edəcəyik.