Minsk qrupu həmsədrləri bəyanat yaydı: Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i220066-minsk_qrupu_həmsədrləri_bəyanat_yaydı_azərbaycan_və_ermənistan_prezidentləri_görüşəcəklər
Minsk qrupu həmsədrləri bir bəyanat yayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlə bağlı öz razılıqlarını elan etmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2016 14:12 Asia/Baku
  • Minsk qrupu həmsədrləri bəyanat yaydı: Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər

Minsk qrupu həmsədrləri bir bəyanat yayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlə bağlı öz razılıqlarını elan etmələrindən xəbər veriblər.

Virtual.az saytının verdiyi məlumata görə, Minsk qrupu öz bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə prezidentlərinin 2-ci dövr müzakirələri barədə razılığa gəliblər.

Bu məlumata görə, Elmar Məmmədyarov və Edvard Nalbandyan Minsk qrupu həmsədrləri tərəfindən yayılan bu xəbəri təsdiq ediblər.

Bəyanatda həmçinin, müzakirələrin Fransanın paytaxtı Parisdə keçiriləcəyi qeyd olunub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 30 may tarixində, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə 2 iyunda Parisdə Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrləri ilə görüşüb, Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar iki ölkə başçıları arasında görüşün baş tutması barədə danışıqlar aparıblar.