Tehran-Bakı ikitərəfli əlaqələrinin genişlənməsi vurğulandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i220126-tehran_bakı_ikitərəfli_əlaqələrinin_genişlənməsi_vurğulandı
İran Xarici İşlər Nazirliyinin Təhsil və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin sədri ikitərəfli əməkdaşlıqların genişləndirilməsi barəsində görüşərək danışıqlar aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2016 05:41 Asia/Baku
  • Tehran-Bakı ikitərəfli əlaqələrinin genişlənməsi vurğulandı
    Tehran-Bakı ikitərəfli əlaqələrinin genişlənməsi vurğulandı

İran Xarici İşlər Nazirliyinin Təhsil və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin sədri ikitərəfli əməkdaşlıqların genişləndirilməsi barəsində görüşərək danışıqlar aparıblar.

İran Xarici İşlər Nazirliyinin Təhsil və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Hadi Süleymanpur və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov ötən gün Bakıda görüşüblər. Görüşdə Süleymanpur iki ölkənin mədəni, tarixi, dini ortaqlığı və münasib əlaqələrinə toxunaraq deyib: İran və Azərbaycan prezidentlərinin son iki ildə 6 dəfə görüşməsi iki ölkə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir.

Süleymanpur sanksiyalardan sonrakı dövrdə İranın regional və beynəlxalq məsələlər qarşısındakı mövqeyini açıqlayaraq əlavə edib: İranın xarici siyasətinin prioriteti, qonşularla, xüsusilə də Azərbaycanla münasib əlaqələrin qurulmasıdır.

İran Xarici İşlər Nazirliyinin Təhsil və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri radikallığı mötədillik qarşısında regionun əsas təhdidi adlandırıb və terrorizmlə mübarizədə region ölkələrinin əməkdaşlığını qeyd edib.

Süleymanpur Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevlə də görüşərək bu universitetin fəal üzvləri və Azərbaycandakı diplomatlardan bir qrupunun toplantısında İranın xarici siyasəti, xüsusilə də terrorizmlə mübarizə mövqeyini açıqlayıb.