SOCAR təkzib edib
İyun 08, 2016 10:06 Asia/Baku
-
SOCAR təkzib edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNŞ bu ölkənin qaz portalının haker hücumuna məruz qalması barədəki xəbərləri təkzib edib.
Axar.az-ın verdiyi məlumata görə, ARDNŞ-ın sözçüsü Nizaməddin Quliyev bu gün bu şirkətin qaz portalının hakerlərin hücumuna məruz qaldığı və bunun nəticəsində Azərbaycan qazının ixrac istiqamətininTürkiyəyədən Rusiyaya yönəldilməsi barədə yayılan məlumatları yalanlayıb.
Çexiya Respublikasında çıxan Praqa Deily Monitor qəzeti dünən bir məqalədə hakerlərin Azərbaycan Dövlət Neft Şirkətinin portalına hücum etdiyini və bu ölkə qazının nəqliyyat istiqamətini Türkiyədən Rusiyaya dəyişdiyini və bunun nəticəsində iki həftə müddətində Azərbaycan qazının Rusiyaya ötürüldüyünü iddia etmişdi.