Bakıdan İran Astarasınadək uzanan quru yolu qısalacaq
-
Bakıdan İran Astarasınadək uzanan quru yolu qısalacaq
Ələt-Astara şose yolunun 2017-ci ilin sonunadək təkmilləşməsilə Bakıdan İran Astarasınadək uzanan quru yolu 36 kilometr qısalacaq.
Azərbaycan Respublikası Yolları Təşkilatının sədri Saleh Məmmədov İranın yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturlarının Düzəldilməsi və İnkişafı Şirkətinin sərəncamçı müdiri Əli Nurzad ilə görüşdə bu xəbəri verərək, deyib: Ələt-Astara şose yolunun uzunluğu 246 kilometrdir və dörd zolaqda salınmaqdadır və onun istifadəyə verilməsi 2017-ci ilin sonunadək başlanacaq.
Saleh Məmmədov əlavə edib: Bu şose yolu Astara gömrüyünün 18 kilometrliyinədək salınacaq və iki ölkənin əlaqə körpüsü məkanının təyin edilməsilə sərhəd kənarınadək davam edəcək.
Saleh Məmmədov əlavə edib: Bu əlaqə yolu böyük önəmə malikdir və onun təkmilləşdirilməsi İranla ticarətin genişlənməsində və iki tərəf üçün gəlirin əldə olunmasında mühüm rol oynayacaq.
İranın yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturlarının Düzəldilməsi və İnkişafı Şirkətinin sərəncamçı müdiri Əli Nurzad da bu iclasda İranın müsafir daşınması və əmtəə mal tranzitinin cəzbi, eləcə də quru və dəmiryolunun salınması sahəsindəki qabiliyyətlərini şərh edərək, deyib: İranda 200-dən çox mötəbər beynəlxalq şirkət fəaliyyət göstərir ki, bu şirkətlər Azərbaycan Respublikasının yolsalma tenderlərində iştiraka hazırdırlar.
İranın yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturlarının Düzəldilməsi və İnkişafı Şirkətinin sərəncamçı müdiri bu gün günortadan sonra Azərbaycan Respublikasının Dəmiryolu Şirkətinin sədri Cavid Qurbanov ilə görüşüb və onunla İran prezidentinin Azərbaycan Respublikasına olacaq qarşıdakı səfərində imzalanmaq üçün Rəşt-Astara dəmiryolunun inşası üzrə anlaşma sənədinin maddələrinin hazırlanması barədə danışıb.
Əli Nurzad habelə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahil Babayev ilə görüşüb və onunla nəqliyyat, gəmiçilik, yolların qorunması və iranlı podratçıların yolsalma layihələrinin icrasında iştirak etmələri haqda fikir mübadiləsi aparıb.
İranın yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat İnfrastrukturlarının Düzəldilməsi və İnkişafı Şirkətinin sərəncamçı müdiri Əli Nurzad Azərbaycan Respublikasına olan ikigünlük səfərinin sonunda Səhər telekanalının Bakıdakı müxbiri ilə müsahibədə deyib: Bu səfərdə iki mehvəri izlədim. Birinci mehvər, Rəşt-Astara dəmiryolu idi ki, qərar üzrə Azərbaycan Respublikasının maliyyə təmini ilə, müştərək iş formasında icra olunacaq və görüşlərdə yaxşı nəticələr aldıq. İkinci mehvər də texniki-mühəndislik xidmətlərində İranın qabiliyyətlərindən istifadə sahəsində müştərək əməkdaşlıq idi və iranlı heyətin təklifinin ardınca qərara alındı ki, bu sahədə iranlı podratçıların qabiliyyətlərindən qənaətbəxş səviyyədə istifadə olunsun.