Ermənistan silahlı bölmələri atəşkəsi 36 dəfə pozub
-
Ermənistan silahlı bölmələri atəşkəsi 36 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.
APA-nın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Fərəhli kəndlərində yerləşən Azərbaycan Respublikası mövqeləri atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqeləri atəşə tutulub.