Azərbaycan xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i221017-azərbaycan_xəbərdarlıq_edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşəcəyi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2016 08:58 Asia/Baku
  • Azərbaycan xəbərdarlıq edib
    Azərbaycan xəbərdarlıq edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşəcəyi barədə xəbərdarlıq edib.

Spotnik İnformasiya Agentliyi bildirir ki, Azərbaycanın Müdafiə Nazirliyi bu gün bir bəyanat yayaraq cəbhə boyunca vəziyyətin kövrəkliyi barədə xəbərdarlıq edib və bir daha Ermənistanı atəşkəsi pozmaqda ittihamlandırıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Müdafiə Nazirliyi Ermənistan tərəfini bu kimi halları dayandırmağa çağırıb.

Aprel ayının əvvəllərində Qarabağda Ermənistan və Azərbaycan qoşunları arasında bir daha müharibə vəziyyəti yarandı və bu hər iki tərəfdən bir neçə hərbçinin itirilməsi ilə nəticələndi.

Azərbaycan ordusu işğal olunmuş ərazilərdə bir neçə kilometr irəliləyə bildi.

Ermənistan və Azərbaycan tez-tez bir-birlərini atəşkəs rejimini pozmaqda ittiham edirlər.