Neft sahəsində Tehran-Bakı həmkarlığı vurğulanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i221248-neft_sahəsində_tehran_bakı_həmkarlığı_vurğulanıb
İranın rabitə və informasiya texnologiyaları naziri Xəzər dənizində neft əməkdaşlıqlarının genişləndirilməsini Tehran-Bakı əlaqələrinin prioriteti adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2016 06:49 Asia/Baku
  • Neft sahəsində Tehran-Bakı həmkarlığı vurğulanıb
    Neft sahəsində Tehran-Bakı həmkarlığı vurğulanıb

İranın rabitə və informasiya texnologiyaları naziri Xəzər dənizində neft əməkdaşlıqlarının genişləndirilməsini Tehran-Bakı əlaqələrinin prioriteti adlandırıb.

ŞANA xəbər agentliyinin məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycan Respublikasının sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev ilə telefon söhbətində iki ölkə arasında müştərək layihələrin icrasının sürətləndirilməsini istəyib.

Vaizi söyləyib: İran-Azərbaycan Respublikası əlaqələrinin genişlənməsi iki ölkə rəsmilərinin müsbət baxışlarına görə, heç bir məhdudiyyətə malik deyil və nəqliyyat və bank əməkdaşlıqları, Xəzər dənizində neft əməkdaşlıqları və Qəzvin-Rəşt-Tehran dəmiryolunun salınması və təkmilləşdirilməsi kimi bəzi layihələrin icrası ön plana çəkilməlidir.

İranın rabitə və informasiya texnologiyaları naziri həmçinin İran prezidenti Həsən Ruhaninin yaxın gələcəkdə Bakıya səfər edəcəyindən xəbər verib.

Neft və qeyri-neft sahələrində Tehran-Bakı ticarət mübadilələri həcmi bir milyard dollardan yuxarıdır.