Elşən Mustafaoğlunun istintaqı yekunlaşıb
İyun 16, 2016 14:28 Asia/Baku
Vəkil ilahiyyatçı Elşən Mustafaoğlunun ittihamları qəbul etmədiyini deyib.
İslamazeri.az-ın verdiyi xəbərə görə, həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işinin materialları ilə tanışlıq başlayacaq. Vəkil E. Mustafaoğlunun ittihamları qəbul etmədiyini deyib.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, dövlətə xəyanət maddəsinə əsasən təqsirləndirilir.
150 dən çox islamçı Azərbaycan zindanlarında saxlanılır. Onlardan 18 nəfəri ruhani və ilahiyyatçıdır.