İyun 17, 2016 11:49 Asia/Baku
  • Tehran-Bakı-Təbriz aviareysi açıldı
    Tehran-Bakı-Təbriz aviareysi açıldı

Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran istiqamətlərində ilk aviareys açılıb.

Ata Hava Yolları Şirkətinin texniki və mühəndislik məsələləri üzrə sədr müavini Sirus Behzadian Bakıda deyib: Bu uçuşlar Airbus 320 təyyarələri ilə həyata keçirilir və təyyarələr 145 nəfərlikdir.

Behzadianın sözlərinə görə, təyyarə bazar ertəsi və cümə axşamı günləri saat 12:15-də Tehrandan Bakıya uçur və 13:30-da Bakıya çatır. Bir saat yarım sonra Təbrizə doğru hərəkət edir. Sonra yenidən Bakıya qayıdır və Bakıdan Tehrana uçur.