İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb”
https://azeri.sahartv.ir/news/azərbaycan-i221713-İlham_Əliyev_dağlıq_qarabağ_münaqişəsinin_həlli_üçün_konkret_addımların_atılmasının_vaxtı_çatıb
Azərbaycan Respublikası prezidenti Qafqaz Müsəlmanları İdarəsinin iftar mərasimində iştirak edərək, deyib ki, Qarabağ münaqişəsinin konkret yollarla həllinin vaxtı çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2016 05:42 Asia/Baku
  • İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb”
    İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb”

Azərbaycan Respublikası prezidenti Qafqaz Müsəlmanları İdarəsinin iftar mərasimində iştirak edərək, deyib ki, Qarabağ münaqişəsinin konkret yollarla həllinin vaxtı çatıbdır.

İlham Əliyev sonra deyib: Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində bu ölkə xalqına xas olan cəhətlər üstünlük təşkil etsin”. O, Azərbaycan Respbublikasının müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və İslam dünyasında nüfuz qazandığını diqqətə çatdırıb.

“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən Azərbaycan Respbublikası prezidenti Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini bildirib.. .

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Respbublikasının dövlət başçısı bu məsələnin həllində bütün Azərbaycan Respbublikası vətəndaşlarının bir nöqtəyə vurduqlarını bildirib. İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.