İranlı boksçular dünya çempionatının ikinci günündə bir qələbə və iki məğlubiyyət əldə ediblər
-
İranlı boksçular dünya çempionatının ikinci günündə bir qələbə və iki məğlubiyyət əldə ediblər
Bakıda keçirilən boks üzrə dünya çempionatının ikinci günündə iranlı boksçu Ehsan Sepəhvəndi polşalı rəqibi üzərində qələbə qazanıb.
Ehsan Sepəhvəndi dünən gecə 56 kiloqram çəki dərəcəsində öz polyak rəqibinə qalib gələrək, yarışların növbəti mərhələsinə vəsiqə qazana bilbdir.
Dünən həmçinin 64 kiloqram çəki dərəcəsində yarışan iranlı boksçu Hamed Makuyi Haitidən, 91 kiloqram çəki dərəcəsində yarışan iranlı boksçu Mohəmməd Əli Şəhidi isə Moldovadan olan rəqiblərinə məğlub olaraq, yarışları tərk ediblər.
İranın boks üzrə yığma komandasının baş məşqçisi Əbdürreza Ənsari bu yarışların yüksək səviyyəsinə toxunaraq, deyib: İndiyədək komandamız üç qələbə və iki məğlubiyyətə malik olubdur ki, bu nəticə qənaətbəxşdir.
O, əlavə edib: Bu iki boksçunun İrandan yarışlara göndərilmiş səkkiz boksçu sırasından çıxması ilə bundan sonra 6 boksçu sonuncu dəfə Rio olimpiya oyunlarına vəsiqə qazanmaq üçün öz bəxtini sınayacaq.
Bu yarışlar 105 ölkədən 469 boksçunun iştirakı ilə Rio olimpiya oyunlarına 39 vəsiqə qazanmaq üçün iyunun 25-dək Bakının Sərhədçi idman zalında davam edəcək.