Bakıda Formula-1 Avropa qran pris yarışları keçirilir
İyun 19, 2016 09:49 Asia/Baku
-
Bakıda Formula 1 Avropa qran pris yarışları keçirilir
Formula-1 Avropa qran pris avtomobil yarışları bakıda 3 gün davam edəcək.
Yarışlara cümə günü start verilib. Yarışlarda 11 iki nəfərlik komanda rəqabət aparır.
Bakı Formula-1 yarışlarında dünyanın ən məşhur avtomobilsürənləri, o cümlədən Luis Hamilton, Fernando Alonso, Kiko Rusberq, Sebastian Fetl və Valtr Butaş iştirak edirlər.
Yarışların ilk günündə Mersedes komandasının sürücüsü Luis Hamilton GP2 yarışlarında birinciliyi qazandı. O, 1.46 dəqiqəlik rekord vurub.
Dünən isə 22 idmançının iştirakı ilə GP2 rəqabətləri başlandı.
Formula-1 yarışlarının təşkilatçı komitəsinin verdiyi məlumata görə, dünyanın hər bir yerində 500 milyon tamaşaçı Bakı yarışlarını izləyə bilər.