Bakı boks üzrə dünya kubokunda iranlı boksçu macar rəqibinə qalib gəlib
https://azeri.sahartv.ir/news/azərbaycan-i221884-bakı_boks_üzrə_dünya_kubokunda_iranlı_boksçu_macar_rəqibinə_qalib_gəlib
Azərbaycan Respublikasında boks üzrə dünya kubokunun üçüncü günündə iranlı boksçu Salar Qulamı Macarıstandan olan rəqibi üzərində qələbə çalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2016 10:56 Asia/Baku
  • Bakı boks üzrə dünya kubokunda iranlı boksçu macar rəqibinə qalib gəlib
    Bakı boks üzrə dünya kubokunda iranlı boksçu macar rəqibinə qalib gəlib

Azərbaycan Respublikasında boks üzrə dünya kubokunun üçüncü günündə iranlı boksçu Salar Qulamı Macarıstandan olan rəqibi üzərində qələbə çalıb.

Boks Federasiyasının verdiyi məlumata görə, Olimpiya yarışlarına vəsiqə qazanmaq üçün həvəskar boksçulara son şans hesab olunan Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində 105 ölkədən 469 boksçu iştirak edir.

İranlı boksçu Salar Qulami ilk yarışında ardıcıllıqla 3 raundda Macarıstandan olan rəqibi Cerco Savuli üzərində qələbə çalıb və birinci 16-lığa daxil ola bilib.

İranlı bokçunun növbəti görüşü Tacikistan-Ukrayna rəqabətinin qalibi ilə baş tutacaq.

Digər iranlı boksçu Furutən Gülara isə rəqibinə məğlub olaraq, Rio-De-Janeyro Olimpiya yarışlarına vəsiqə qazanmaq şansını itirmişdir.

Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri cümə axşamı günündən Bakının "Sərhədçi" Olimpiya Mərkəzində keçirilməkdədir.